Gəncəyə leysan yağıb
Bu gün saat 18 radələrindən Gəncəyə güclü leysan yağmağa başlayıb.
Redaktor.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, güclü yağış şəhərdə nəqliyyatın hərəkətində və insanların gediş gəlişində çətinliklər yaradıb. Hazırda leysanın yağması davam edir.
Qeyd edək ki, qərb bölgəsini əhatə edən rayonların çoxunda yağıntılı hava şəraiti müşahidə olunur.












