Əflatun Amaşov Fuad Abbasovla görüşüb

 22:54 29.06.2019     650

Mətbuat Şurasının sədri Əflatun Amaşov Rusiyadan deportasiya olunan jurnalist Fuad Abbasovla görüşüb.

Redaktor.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Ə. Amaşov özünün “Facebook” səhifəsində məlumat verib.

MŞ sədri F. Abbasovun ağır günlərində onu tək buraxmayan Azərbaycan dövlətinə və Mətbuat Şurasına minnətdarlıq etdiyini bildirib: “Fuadla gələcək planlarını da birlikdə müzakirə etdik. İnanıram ki, haqq öz yerini tapacaq və tanınmış jurnalist indiyədək edə bilmədiklərini özünün Misra TV internet telekanalında gerçəkləşdirəcək”.

Vumart və Güvən reklamı Vumart Güvən