Neftçalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb

 11:34 30.06.2019     264

Neftçalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Redaktor.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, iyunun 23-də gecə saatlarında Neftçala sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Qulu Rəşid oğlu yolu keçərkən onu avtomobil vurub.

Ağır kəllə-beyin travması alan piyada Neftçala rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ötən gecə Q.Nəbiyev dünyasının dəyişib.

Vumart və Güvən reklamı Vumart Güvən