Bakıda son 23 ilin ən sərin havası

 13:44 30.06.2019     913

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu gün Bakı şəhərində müşahidə olunan hava şəraitinin iyun ayı üçün xarakterik olub-olmamağına aydınlıq gətirib.

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Redaktor.az-a açıqlamasında bildirib ki, çox illik meteoroloji məlumatlara əsasən, iyun ayında Bakıda ən sərin hava 1996-cı ildə qeydə alınıb.

U.Tağıyeva qeyd edib ki, 1996-cı ilin iyunun 2-də Bakıda havanın temperaturu 8.1 dərəcə olub.

Xatırladaq ki, dünəndən başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

Vumart və Güvən reklamı Vumart Güvən