Gürcüstanda ağır yol qəzası - 2 Azərbaycan vətəndaşı ölüb / FOTO + YENİLƏNİB
Gürcüstanda baş verən ağır yol qəzasında ölən Azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı “Mersedes”in sürücüsü Zaqatala rayon sakini, 1975-ci il təvəlllüdlü Aydın Xəliloiv və sərnişini Zaqatala rayon sakini 1960-cı il təvəllüdlü Yusif Dibirov aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Yusif Dibirovun gəlini və iki azyaşlı nəvəsi isə xəsarət alıblar. Azyaşlılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Aydın Xəlilovu və Yusif Dibirovun meyitlərinin sabah sabah Zaqatalaya gətirilməsi nəzərdə tutulub.
***
saat 12.17
Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Gürcüstan respublikası ərazisində baş verib.
Zaqatala rayon sakininin idarə etdyi "Mercedes" markalı minik avtomobili qəzaya düşüb.
Qəza zamanı sürücü daxil olmaqla, 3 Zaqatala rayon sakini hadisə yerində ölüb, biri azyaşlı olmaqla, 2 nəfər yaralanıb.
Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Zaqatalaya gətirilməsi istiqamətində iş aparılır.












