Şamaxıda "VAZ 2107" ilə "Mersedes" toqquşub, 5 nəfər ağır xəsarət alıb
Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 21:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.
"VAZ 2107" və "Mersedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin ağır xəsarət aldığı bildirilir. Yaralılar Təcili Tibbi Yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yeni baş verdiyi üçün yaralıların adları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.












