Qabiliyyət imtahanları başlayır

 09:07 01.07.2019     912

Dövlət İmtahan Mərkəzi (DİM) V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanlarına başlayır.

DİM-dən Redaktor.az-a verilən məlumata görə, qabiliyyət imtahanları 1 - 14 iyul tarixlərində keçiriləcək.

İmtahandan iştirak edəcək abituriyentlər https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.

V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq.

Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən