Güclü yağışlar Qubada bir sıra fəsadlar törədib

 14:17 01.07.2019     796

Son günlər Quba rayonu ərazisində yağan güclü yağışlar bir sıra fəsadlar törədib. 

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, rayonun Söhüb kəndində vətəndaşa məxsus 43 baş qoyunu sel aparıb. Rayonun Tüləkəran və Kürkün kəndlərində 50 hektar kartof sahəsi məhv olub. 

Dəyən ziyanın məbləğini  müəyyənləşdirilməsi və aradan qaldırılması üçün müvafiq komissiya fəaliyyətə başlayıb. 

Qeyd edək ki, son günlər hava şəraitinin pisləşməsi və dolunun yağması Quba ilə yanaşı Qusar rayonunda da fəsadlar törədib. 

Vumart və Güvən reklamı Vumart Güvən