Rusiyadan qanunsuz yolla gətirilən 10 min ədəd siqaret aşkarlanıb

 15:05 01.07.2019     440

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Redaktor.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sol arxa təkərinin üstündəki hissədən 10 000 ədəd "HEETS turquoise label" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən