Gədəbəydə QƏZA - ÖLƏN VAR

 21:46 01.07.2019     1684

Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az Trend-ə istinadən bildirir ki, iyunun 30-da saat 9 radələrində Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində rayon sakini Y.Ələkbərov idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinlər - Tovuz rayon sakinləri İlqar Sadıqov və B.Nəsibov xəstəxanaya yerləşdirilib. İ.Sadıqov isə xəstəxanada həyatını itirib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən