Bərdə rayonunda kafe yanıb
Bərdə rayonunda yanğın hadisəsi qeydə alınıb.
FHN-dən Redaktor.az-a verilən məlumata görə, Bərdə rayonunun Saatlı kəndində ümumi sahəsi 120 m² olan tikilinin ( kafe kimi fəaliyyət göstərir) mətbəxinin dam örtüyü 18 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












