Azərbaycanlı iş adamı “Range Rover”lə AĞIR QƏZAYA DÜŞDÜ - FOTO

 11:36 02.07.2019     1796

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az virtualaz.org-a istinadən xəbər verir ki, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olumuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

2
Vumart və Güvən reklamı Vumart Güvən