Gəmidə baş verən partlayışla bağlı SOCAR-dan AÇIQLAMA
“Partlayış baş verən gəmi SOCAR şirkətinə məxsus deyil”.
Bu sözləri SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Redaktor.az-a açıqlamasında bildirib.
O, qeyd edib ki, yanğın baş verən gəminin SOCAR-a məxsus olması ilə bağlı yayılan məlumatlar əsassızdır:
“Həmin gəmi İtaliya bayrağı altında üzən başqa şirkətindir. Sadəcə SOCAR-a aid Petkim limanına yan almışdı. Yanğın limanın ərazisində baş verməyib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Araşdırma aparılır”.
Qeyd edək ki, Türkiyənin İzmir şəhərində yerləşən Petkim limanında gəmidə baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 14 yaralı var. Mətbuatda yayılan məlumatlara əsasən, partlayış baş verən gəminin SOCAR şirkətinə məxsus olduğu bildirilirdi.
Gülşən Şərif / Redaktor.az












