AZAL kinoloq və veterinarlar axtarışındadır
"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) kinoloqlar və veterinarlar tələb olunur.
Redaktor.az-ın AZAL-a istinadən verdiyi məlumata görə, AZAL-ın Aviasiya Təhlükəsizlik Baş İdarəsinin kinoloji xidmətinə hərbi xidməti keçmiş və məhkumluğu olmayan kinoloq və veterinarlar tələb olunur.
"Kinoloji təcrübəsi olan şəxslərin AZAL-a müraciət etmələri xahiş olunur" - aviaşirkətin məlumatında deyilir.












