“Hakimlərin əmək haqlarının artırılması ilə bağlı addımlar atılır”
Ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycanda məhkəmə hakimlərinin daha yüksək əmək haqqı alması ilə bağlı təkliflərə münasibət bildirib.
Redaktor.az-ın apa.az-a istinadən xəbərinə görə, A. Cəfərov bildirib ki, "Məhkəmələr və hakimlər haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, hakimlərin əmək haqları müəyyən qədər artırılır.
O qeyd edib ki, Azərbaycan hökuməti hakimlərin əmək haqlarının artırılması ilə bağlı mütəmadi addımlar atır: “Əlbəttə ki, bu, imkandan asılı olan məsələdir. Yəni ölkənin iqtisadiyyatı inkişaf etdikcə, belə məsələlərə baxılacaq”.












