Mobil operatorlar bizi necə talayır? - MÜTLƏQ OXUYUN / VİDEO

 17:44 10.07.2019  468

Uzun illərdir min cür fırıldaqla abunəçilərin ciblərinə girən mobil operatorlar son zamanlar yenidən fəallaşıblar.

“Azercell”, “Bakcell” və ya “Nar Mobile” abunəçilərinə gələn mesajda musiqi yükləmək, video izləmək, ulduz falı və s. kimi xidmətlərə qoşulduğunuz qeyd edilir. İcazə almadan üzv etdikləri xidməti dayandırmaq üçün sizdən əlavə fəaliyyət tələb edirlər. Gündəlik yazışmalar həyata keçirən gənclər üçün bir mesaj yazmaqla xidməti dayandırmaq asandır. Ancaq texnologiya ilə təzə-təzə tanış olan yaşlı insanlar üçün bu çətinlik yaradır. Yazılmış mesajın mətnini anlamayanlar nəyə qoşulduqlarından belə xəbərsiz olurlar.

Bununla bağlı daha ətraflı Yutuber Bahadur Seyidovun "Demədi Demə" kanalında hazırladığı videonu təqdim edirik: