Neftcalada yol qəzası olub, 6 nəfər xəsarət alıb

 00:19 11.07.2019  32

Neftçala rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şirvan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mersedes” markalı avtomobilin aşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alanların kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.