Bakıda gənc qızı maşın vurub

 03:23 11.07.2019  26

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 Hadisə paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Əsgərova Zərifə yolu keçərkən naməlum avtomobil onu vurub.

Ağır bədən xəsarətləri alan piyada dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda xəstə həkimlərin nəzarətinə götürülüb. /Report/