Bakıda iki avtomobil toqquşub, ölən var

 16:33 11.07.2019  48

Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, “KamAZ” markalı yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə minik maşınının sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.