Kredit Bürosunda kredit təşkilatlarının keçirdiyi sorğuların sayı 37 faiz artıb

 17:23 11.07.2019  31

İyunun sonuna olan məlumata əsasən Azərbaycan Kredit Bürosu ilə müqavilə imzalamış təşkilatların sayı 126-ya çatıb.

Bürodan Redaktor.az-a verilən məlumata görə, hesabat dövrü ərzində 6 yeni təşkilat, o cümlədən 1 bank olmayan kredit təşkilatı, 2 lizinq şirkəti, 2 kredit ittifaqı və 1 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanıb və Büro sisteminə inteqrasiya edilib.

2019-cu ilin ilk yarımili ərzində Büronun sistemindən 30 bank və 40 BOKT istifadə edib. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 1,301,606 sorğu həyata keçirilmişdir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 37 faiz çoxdur. Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 952,987 sorğu yerinə yetirilmişdir.

Büroda aparılmış sorğuların 1,162,865-i (və ya 89%-i) banklar, 138,741-i (və ya 11%-i) isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir.

Büronun skorinq xidmətindən isə 6 ay ərzində ümumilikdə 851,607 sayda istifadə qeydə alınmışdır ki, bu da ümumi sorğuların 65%-ni təşkil etmişdir.

Qeyd olunan dövr ərzində 13,827 şəxs Büroya müraciyyət edərək öz kredit hesabatlarını əldə etmişdir. Müraciət etmiş şəxslərin 13,751-i (və ya 99,5%-i) fiziki, 76-i (və ya 0,5%-i) isə hüquqi şəxslər olub.