Xırdalanda şirniyyat dükanı yanıb

 02:22 16.07.2019     1275

Xırdalan şəhəri, Heydər Əliyev küçəsində yerləşən şirniyyat dükanında yanğın olub.

 Hadisə yerinə FHN-in 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğın çörəkbişirən sobaların birində baş vermiş nasazlıqdan olub. /Report/