SON DƏQİQƏ! Mərkəzi bazarda YANĞIN - RƏSMİ / Yenilənib

 10:14 16.07.2019     4618

Fövqəladə Hallar Nazirliyi Sabirabad mərkəzi bazarında baş verən yanğınla bağlı növbəti dəfə məlumat yayıb

Redaktor.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, iyulun 16-da səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhəri, İlham İskəndərov küçəsində mağazalarda yanğın olması barədə məlumat daxil olub.

İlkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 1060 m2 olan 2 mağaza və ümumi sahəsi 7650 m2 olan Mərkəzi bazarın ərazisində 3 dükan 70 m2 sahədə (ümumi 1130 m2) yanıb. Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

***

09.11

Fövqəladə Hallar Nazirliyi Sabirabad mərkəzi bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

Redaktor.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, 16.07.2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

İlkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 m2 sahədə yanıb.

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.