Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi işdən çıxıb

 10:59 16.07.2019     261

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov işdən çıxıb.

Redaktor.az bildirir ki, nazirliyin şöbə müdiri Fazil Talıbov APA-ya xəbəri təsdiqləyib. 

Onun sözlərinə görə, E. Cəfərov başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən ayrılıb. Onun yerinə hələlik təyinat olmayıb.