Bərdədə yol kənarında duran iki qadını maşın vurub

 01:43 17.07.2019     280

Bərdə rayonunda iki qadının vurulması ilə nəticələnən yol qəzası baş verib.

 Hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

Minik avtomobili yol kənarında dayanan rayon sakinləri - 1950-cil il təvəllüdlü Xəyalə Yaşar qızı Muxtarova və 1958-ci il təvəllüdlü Zemfira Yaqub qızı Həşimovanı vurub. Hər iki yaralı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.