Bakıda "London taksisi" motosikletlə toqquşub

 02:22 17.07.2019     324

Bakının Nəsimi rayonu ərazisində yol qəzası baş verib.

 Rəşid Behbudov küçəsində "TX4" markalı ("London taksisi") avtomobillə motosikletin toqquşması nəticəsində ikinci nəqliyyat vasitəsinin 1998-ci il təvəllüdlü sürücüsü Saleh İsgəndərov xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib./report/