Şamaxıda beşotaqlı ev yanıb

 04:20 17.07.2019     298

Şamaxı rayonunda beşotaqlı ev yanıb.

Hadisə rayonun Aşıq Məmmədağa küçəsində Çilləxan Şirməmməd oğlu Əhmədova məxsus evdə baş verib.

Hadisə yerinə Şamaxı rayon dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. 

Yanğının qısaqapanmadan baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır. /report/