Yevlaxda meşə zolağında yanğın olub

 03:22 18.07.2019     508

Yevlax rayonunda yaşıllıq zolağında yanğın baş verib.

 Hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonuna düşən hissəsindəki meşəətarafı və digər yaşıllıq ərazilərdə qeydə alınıb.

Yanğın saatlarla davam edib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Yevlax rayon yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın tamamilə lokallaşdırılıb və söndürülüb. 3 hektarlıq yaşıllıq zolağı tamamən yanıb. O cümlədən 2 hektarda ağac və otlar, 1 hektara qədər meşəətrafı ərazidə isə quru ağaclar və kollar yanaraq yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Yanğının səbəbləri araşdırılır. /apa/