Bakıda 18 yaşlı gənc dostu tərəfindən bıçaqlanıb

 06:20 18.07.2019     568

Bakının Nizami rayonunda 18 yaşlı gənc bıçqlanıb.

 Hadisə Elşən Süleymanov küçəsində baş verib. 2001-ci il təvəllüdlü Əsgərov Təbriz Pərviz oğlu dostu tərəfindən bıçaqlanıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. /apa/