Vəzifəli şəxslər kafedra müdiri OLMAMALIDIR - TƏKLİF

 10:24 18.07.2019     1196

“Vəzifəli şəxslərin Ali məktəblərdə kafedra müdiri vəzifələrini tutmaqlarına son qoymaq lazımdır”.

Redaktor.az xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev açıqlamasında bildirib.

O vurğulayıb ki, ölkədə bir nəfərin bir neçə vəzifə tutması dəb halını alıb və bu, yolverilməzdir:

“Vəzifəli şəxslərin, deputatların Ali məktəblərdə kafedra müdiri vəzifələrini tutmaqlarına son qoymaq lazımdır. Bu, sui-istifadədir. Kafedralar asudə vaxtın keçirilməsi üçün yer deyil. Hələ üstəlik dərslərini də başqaları deyir. Bunların çoxunun elmi yeniliklərdən xəbəri yoxdur. Təqaüd yaşına çatanda, işdən çıxanda gəlib on illərlə zəbt etdikləri kafedralarda otururlar. "Elmi etika" anlayışı var. Bu anlayış Qərb, Amerika Elminin əsas anlayışlarından biridir. Bizdə isə elmdə etikasızlıq tüğyan edir. Bu məsələ ciddi müzakirə olunmalıdıdır. Bir nəfərin bir neçə vəzifə tutması vəzifəliləri bir-birindən fərqləndirən kriteriyaya çevrilib. Elmi dərəcə, elmi ad almaq isə adi hala çevrilib”.

Gülşən Şərif / Redaktor.az