DIQQƏT! Azərbaycanda ən az tapılan həkim ixtisasları məlum oldu - GÜLMƏLİ RƏQƏMLƏR VAR

 11:27 20.07.2019     1876

Azərbaycan xəstəxanalarında çalışan həkim və orta tibb personalının sayı 84 min nəfərdir.

Redaktor.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, tibb işçilərinin 32 min həkimlər, 52 min isə orta tibb personalı – tibb bacıları, feldşerlər, akuşerlər və sairdir. Statistik məlumatlar ölkədə ən çox və ən az olan həkim ixtisaslarını göstərir. Belə ki, bu ilin əvvəlinə ən çox həkim ixtisası terapevtlərdir. Ölkədəki hər 4 həkimdən iri və ya ümumilikdə 8129 nəfəri terapevtdir. Həkimlərin 3358-i və ya təqribən 10%-i cərrah, 3585-i və ya 11%-i pediatrlardır. Sayına görə sonrakı yeri ginekoloqlar tutur – 1762 nəfər. Yeri gəlmişkən, son bir ildə ginekoloqların sayı 100-dən artıq azalıb. Bundan başqa, ölkədə 1368 şüa diaqnostikası, yəni rentgen həkimi, 963 nevropatoloq, 889 oftolmoloq var. Ölkənin tibb sistemində 506 dəri zöhrəvi həkimləri, 505 nəfər otorinolarinqoloqlar çalışır. Psixiatorların sayı 316, ftiziatorların sayı isə 261-dir. Ən az tapılan həkim ixtisasları narkoloqlar - cəmi 71 həkim, və idman müalicə həkimləridir – 77 nəfər. 

Gülşən Şərif / REDAKTOR.AZ