İŞİD-ə 30 min pul göndərən azərbaycanlı həbs EDİLDİ

 20:40 20.07.2019     262

Rusiyanın Şimali Qafqaz Hərbi Məhkəməsi Azərbaycan vətəndaşı Erik Şabanova hökm oxuyub.

Redaktor.az Unikal.org-a istinadən verdiyi məlumata görə, Şabanov İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatına maliyyə yardımı etməkdə günahkar bilinib.

Məhkəmə istintaqı sübut edib ki, Şabanov 2016-cı il ərzində İŞİD-ə 30 min rubl (500 dollar) həcmində maddi yardım edib.