Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib

 21:59 20.07.2019     619

Azərbaycanda direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən namizədlərin sayı açıqlanıb.

Redaktor.az-ın məlumatına əsasən, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nəticələrə görə, 3 403 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib

Müsabiqənin növbəti mərhələsi-test imtahanlarının tarixi barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.