FHN əməkdaşları 9 nəfərin həyatını xilas edib

 07:29 21.07.2019     1022

Buzovna, Hövsan, Qızılqum, və Mərdəkan çimərlik və qeyri-çimərlik (nəzarətsiz) ərazidə 9 nəfər çimərkən batma təhlükəsilə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslərin həyatı xilas edilib.