"JARA" festivalı keçirilən ərazidə 26 yaşlı şəxs zədə alıb

 10:16 26.07.2019     438

"JARA" festivalı keçirilən ərazidə növbə çəkən təcili tibbi yardım briqadasına 26 yaşlı Azərbaycan vətəndaşı müraciət edib.

Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, həmin şəxs sol diz qapağından səthi travma alıb. Həkimlər ona yerində yardım ediblər.

Qeyd edək ki, hazırda həm "Olimpiya Gənclər Festivalı 2019", həm də "JARA” festivalı keçirilən ərazilərdə təcili tibbi yardım briqadaları növbə çəkirlər.

Vumart və Güvən reklamı Vumart Güvən