Peşə məktəblərinə müsabiqədənkənar qəbul edilən şəxslər AÇIQLANIB

 16:24 02.08.2019     933

Peşə təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilən şəxslər açıqlanıb. 

Redaktor.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, əlilliyi olan şəxslər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilir. 

Bildirilib ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu 5-20 avqustda həyata keçiriləcək və müsabiqənin nəticələri avqustun 21-də elan ediləcək. 

Qeyd olunub ki, peşə təhsili müəssisələrində təhsil müddəti 6 aylıq, 1, 2 və 3 illik təhsil proqramları əsasında təşkil olunur. 

Vumart və Güvən reklamı Vumart Güvən