SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLUB / Yenilənib

 12:59 10.08.2019  2590

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb.

Redaktor.az bildirir ki, RSXM-dan verilən xəbərdə bildirilir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

***

Qax, Balakən və Zaqatala ərazisində zəlzələ olub.

Redaktor.az bildirir ki, yeraltı təkanlar hiss olunub. 

Məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) təsdiqləyiblər. 

Zəlzələ barədə RSXM rəsmi məlumat da yayıb. RSXM-dən verilən məlumata görə, bu gün saat 11:35-də Zaqatala stansiyasindan 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

4.9 maqnitudada baş verən zəlzələnin dərinliyi 2 km olub. Zəlzələ hiss edilib. / Apa