Qaxda 2 otaqlı ev yanıb

 11:54 12.08.2019     409

Qaxda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, rayonun Aşağı Malax kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb.