“Toyota” ağaca çırpıldı - 2 ölü

 14:57 12.08.2019     357

Lənkəranda "Toyota" markalı avtomobilin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, avqustun 11-də saat 22 radələrində Lənkəran şəhəri ərazisində şəhər sakini A.Bağırov idarə etdiyi "Toyota" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və sərnişinləri Kamran Babayev və Amal Quliyev xəstəxanaya yerləşdiriliblər. A.Quliyev və K.Babayev orada ölüblər.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.