Bayram günü faciə: 2 yaşlı uşaq öldü

 16:37 12.08.2019     378

Sabirabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az apa-ya istinadən xəbər verir ki, rayonun Qaratoğay kəndində içərisində Əşrəf Məmmədov və 2 yaşlı nəvəsi Əşrəf Ramin oğlu Məmmədovun olduğu “Mercedes” markalı avtomobil aşıb.

Qəza nəticəsində azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb. 

Sürücü isə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.