Sabirabadda DƏHŞƏT - 4 yaşlı uşaq ot tayasında yandı

 23:18 12.08.2019     1004

Sabirabadda azyaşlı qız ot tayasında yanaraq ölüb.

Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 2015-ci il təvəllüdlü Həsənova Yağmur Şamil qızı valideynlərinin diqqətindən yayınaraq kibritlə oynayıb və ot tayasına od vurub. Nəticədə yanan taya onun üstünə aşıb və uşaq yanaraq ölüb.

Uşağın meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. / APA