Bakıda motosiklet avtobusla toqquşub, xəsarət alan var

 08:04 13.08.2019     287

Bakının Nəsimi rayonunda motosikletlə sərnişin avtobusu toqquşub.

Redaktor.az xəbər verir ki, avtoqəza 28 May küçəsində qeydə alınıb.

30 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusunun motosikletlə toqquşması nəticəsində sonuncunun sürücüsü Hüseyn Həsənov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalar aparılır. / APA