Mehriban Əliyeva Rusiyanın "Dostluq" ordeni ilə təltif olunub

 13:17 13.08.2019     668

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib.

Redaktor.az-ın verdiyi xəbərə görə, bu barədə məlumat Rusiyanın rəsmi hüquq informasiya portalında yerləşdirilib.

Məlumatda bildirilir ki, Rusiya prezidentinin 9 avqust 2019-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub. /apa/