Sumqayıtda Rusiya vətəndaşı qətlə yetirildi

 23:19 13.08.2019  492

Sumqayıt şəhərinin sənaye zonasında Gübrə zavodunun yaxınlığında ölüm hadisəsi baş verib.  

 1975-ci il təvəllüdlü Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində hələlik şəxsiyyəti  məlum olmayan şəxs tərəfindən qətlə yetirilib. 

B.Bakayev ürək nahiyyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq yarası alıb.  Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir. 

Çeçenistan vətəndaşını bıçaqlayan şəxsin Ağcabədi sakini olduğu bildirilir.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır./apa/