Yol hərəkəti cərimələrinin tətbiqi 2 DƏFƏ ARTDI

 14:02 14.08.2019     883

Bu ilin birinci yarısında Gürcüstan paytaxtında yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrdən əldə edilən büdcə gəlirləri iki dəfə artıb.

Redaktor.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Tbilisi Bələdiyyəsinin büdcə hesabatında məlumat verilib.

Bildirilib ki, hesabat dövrü ərzində yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin məbləği 18 mln. 910 min lari təşkil edib.

Hesabatda qeyd olunur ki, şəhər büdcəsinə cərimə və cəzalardan ümumilikdə 27 mln 851.3 min lari daxil olub ki, bu mövcud planın  139.3 faiz icra edildiyini göstərib.