Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi BAŞA ÇATIB

 14:48 14.08.2019     655

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bu mərhələdə 23 609 namizəd iştirak edib, onlardan 14 003 namizəd elektron ərizəsini təsdiqləyib.

Vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlayır. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.