Lerikdə avtomobil dərəyə aşıb - 3 nəfər yaralanıb

 15:45 14.08.2019     1018

Lerikdə minik avtomobili dərəyə yuvarlanıb, 3 nəfər xəsarət alıb.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, qəza rayonun dağlıq yollarından birində baş verib. Belə ki, Bakı şəhəri Binə qəsəbə sakini, 1967-ci il təvəllüdlü Babəli Canəli oğlu Məhərrəmovun idarə etdiyi “Lexus” markalı minik avtomobili dərəyə yuvarlanıb.

Sürücü Babəli Məhərrəmov döş qəfəsinin qapalı travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə, sərnişinlər - 2000-ci il təvəllüdlü Müseyib Baləddin oğlu Cahangirov və 2004-cü il təvəllüdlü Seyidəli Babəli oğlu Məhərrəmov isə müxtəlif xəsarətlərlə Travmatologiya Şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.