Siyəzəndə yanğın baş verib - FHN

 17:30 14.08.2019     1465

Siyəzəndə yanğın olub.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Eynibulaq kəndində ümumi sahəsi 300 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdan keçən magistral qaz kəməri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.