Bu ərazilərdə qaz təchizatı DAYANDIRILACAQ

 10:36 15.08.2019     595

Orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, saat 14:00-dan etibarən isə Beyləqan rayonunun mərkəzində təbii qaz təchizatının dayandırılması nəzərdə tutulur.