Abşeronda minik avtomobili yük maşını ilə toqquşub - Ölən var

 13:14 15.08.2019     225

Abşeronda baş verən yol qəzasında 1 nəfər ölüb.

Redaktor.az apa.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun 14-cü kilometrliyində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Xəlilli Sənan İlham oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşıda gedən “Tatra” markalı yük maşını ilə toqquşub. Nəticədə sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.