“Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb - VİDEO

 16:05 15.08.2019     1229

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.

Verilən məlumata görə, yarışların nəticələrinə və hakimlərin qərarına əsasən 12 komandanın qatıldığı müsabiqədə toplanılan ballara uyğun olaraq Qazaxıstan komandası birinci, Rusiya komandası ikinci, Özbəkistan komandası üçüncü, Azərbaycan komandası isə dördüncü yerlərə layiq görülüblər.